Ruhani ABŞ-ı İranın vaksin əldə etməsinə mane olmaqda günahlandırıb


İran Prezidenti Həsən Ruhani ABŞ-ı Tehranın koronavirus peyvəndi əldə etməsinə əngəl törətməkdə günahlandırıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Ruhani bildirib ki, “Vaşinqton Ümumdünya Səhiyyə Təşkilatını qorxutmaqdan da çəkinmir”.

“Amerika Birləşmiş Ştatları bizim üçün peyvənd, dərman və qida məhsulları, eləcə də kənardan almaq istədiyimiz digər mallarla bağlı problemlər yaradır”, - Ruhani belə deyib.

Qeyd edək ki, İranda indiyədək 1 194 963 nəfərdə koronavirus aşkar olunub, 942 548 nəfər müalicə olunaraq sağalıb, 54 574 nəfər isə bu virusdan ölüb.