20 vəkil Baş prokurorluğa müraciət edib: Paşinyanın həbsi tələb olunur

Həftələrdir istefa təzyiqlərinə müqavimət göstərən Ermənistan Baş naziri Nikol Paşinyan, ictimai media hesabından müxaliflərə səslənib erkən seçki təklif edərək nəticələrə görə vəzifəsindən gedəcəyini bildirmişdi.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, Paşinyanın təcili kreslosunu tərk etməsini tələb edən 17 müxalif partiya erkən seçki çağırışıyla sakitləşməyib, tam tərsinə Ermənistan Baş nazirinin həbs olunması üçün Baş prokurorluğa müraciət edib.

Müxaliflər hesab edir ki, Baş nazir zaman qazanmaq müxtəlif variantlara əl atır. Ancaq etirazçılar seçkilər ancaq Paşinyanın istefasından sonra mümkün ola biləcəyini bildirirlər. 

20 vəkilin təqdim etdiyi ərizədə, Baş nazir Paşinyana “vətənə xəyanət” suçu ilə iddia açılması istənilir.

Turan