İranda sutka ərzində 119 nəfər koronavirusdan ölüb

İranda ötən sutka ərzində 119 nəfər koronavirusdan (COVID 19) ölüb.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Bu barədə Trend nazirliyə istinadən məlumat verib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 54 693 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 5 502 nəfər koronavirisa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 200 465 nəfərə çatıb. Virus daşıyıcılarından 5 212 nəfərin vəziyyəti ağırdır.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 951 860 nəfər koronavirusdan sağalıb.

İranda indiyədək 7,4 milyondan çox diaqnoz testi həyata keçirilib.

Hazırda koronavirusa yoluxma ilə əlaqədar İranın 108 rayonu narıncı və 340 rayonu isə sarı zona hesab olunur.