Pakistanda terrorçuların hücumu nəticəsində yeddi əsgər ölüb


Pakistanın cənub-qərbindəki Belucistan əyalətində hərbiləşdirilmiş Sərhəd Korpusu postuna edilən terror hücumu nəticəsində yeddi hərbiçi öldürülüb.

APA bildirir ki, bu barədə “Sinxua” xəbər agentliyi xəbər verib.

Məlumata görə, hərbiçilərlə terrorçular arasında insident şənbə günü axşam baş verib.

Hərbiçilər terrorçuların hücumlarını dəf edə biliblər. Bundan sonra ərazini mühasirəyə alaraq, qaçan terrorçuları yaxalamaq üçün  yolları bağlayıblar.