Çində naməlum şəxs 7 nəfəri bıçaqlayaraq öldürüb, daha 7 nəfəri yaralayıb


Çinin şimal-şərqində yerləşən Liaoninq vilayətinin Kaiyuan şəhərində naməlum şəxs bıçaqla insanlara hücum edib. 

APA-nın “Sinxua”ya  istinadən verdiyi məlumatına görə, hadisə nəticəsində 7 nəfər aldığı bıçaq zərbəsindən dünyasını dəyişib. 

Daha 7 nəfərin yaralandığı bildirilir.

Yerli polisin məlumatına görə, hadisəni törədən şəxs həbs olunub, lakin cinayətin təfərrüatı barədə açıqlama verilməyib. 

Agentliyin məlumatına görə, Çində belə hadisələrə nadir hallarda rast gəlinir: “Bu cür hadisələr ya psixi cəhətdən xəstə insanlar tərəfindən törədilir, yaxud da qisas məqsədilə”.

Cinayətkarın zərərsizləşdirilməsi zamanı bir polis zabitinin yaralandığı bildirilib.