Xəstəxanaya gətiriləndə cəmi 35 kilo idi: Türkiyənin sayəsində ayağa qalxdı - FOTOLAR


2015-ci ildə Suriyada Əsəd rejiminin hücumu nəticəsində yaralanaraq əlil olan 18 yaşlı Humuslu Abdullah, Türkiyənin Səhiyyə Nazirliyi və Türk Qızıl Ayparanın köməkliyilə müalicə aldığı Bab xəstəxanasında sağlamlığına qovuşmağa başlayıb.

Anadolu Agentliyi Abdullahın hekayəsini eşitdirdikdən dərhal sonra Türk Qızıl Aypara qrupları əlil gəncə ulaşaraq onun müalicəsi üçün işlərə başlamışdı.



Sherg.az türk mediasına istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin dəstəyi ilə Bab xəstəxanasında müalicəyə müsbət reaksiya verən Abdullah, 3 həftə əvvəl xərəklə gətirildiyi xəstəxanadan özü hərəkət edərək ayrılıb.
Xəstəxanaya gətirilən zaman təxminən 35 kilo olan Abdullah, bu müddət ərzində uyğun qidalanma proqramı ilə 45 kiloya qədər kökəldi.
Evinə dönən Abdullah, indi müalicəsinin ikinci mərhələsini fiziki müalicə üsulları ilə keçirəcək.





Müalicə zamanı oğulunun yanından heç ayrılmayan atası Sadettin Ebu el-Humsi jurnalistlərə bunları deyib:

"Oğulumun vəziyyəti çox pis idi. Allah qarşımıza türkləri çıxardı. Oğulumun müalicəsini öhdələrinə götürdülər. Çox şükr oğulum artıq hərəkət edir, yemək yeyir".

Xoşbəxtliyi gözlərindən oxunan ata Türkiyəyə, həkimlərə və əməyi keçən hər kəsə çox təşəkkür edib.

Abdullahın müalicəsini aparan Dr. Faysal Ebu Abd,  xəstəxanaya ilk gətirilən zaman xəstənin vəziyyətinin çox ağır olduğunu bildirib:



 - Böyrəklərində və ağciyərlərində problemlər vardı. Qidalanması qeyri - kafi idi. Gündə 20-30 dəfə özündən gedirdi. Xəstənin ətrafla da ünsiyyəti yox idi. Buraya gələr, gəlməz rentgendən aparatından keçirdik və təhlillər aparıldı. Fiziki müalicə kurslarına başladıq. Xəstəyə uyğun qidalanma proqramı tətbiq edildi. Böyrəklərindəki narahatlığın və infeksiyanın müalicəsinə başladıq. Hərəkətini asanlaşdırmaq üçün bəzi xüsusi cihazlarla da ona dəstək verdik. Xəstə indi tək başına yemək yeyə bilir. Xəstənin vəziyyəti çox yaxşıdır.

Turan