Yeni ilin ilk saatlarında beşəm uşaq doğulub


Tacikistanın Xatlon vilayətinin Kubodiyen rayonunda yeni ilin ilk saatlarında ölkə tarixində ilk dəfə beşəm uşaq doğulub.

Xoşbəxt ana bu rayonun 30 yaşlı sakinidir. (azərtac) Uşaqların üçü qız, ikisi oğlandır.

Həkimlərin bildirdiyinə görə ana və uşaqlar özlərini yaxşı hiss edirlər. Uşaqlar ciddi nəzarət altındadırlar.