Türkiyə 50 milyon doza peyvənd alacaq - Ərdoğan


Almaniya və Rusiya ilə COVID-19 peyvəndinin hazırlanması istiqamətində birgə işlərin aparılması ilə bağlı danışıqlar davam edir. Hazırda Türkiyəyə üç milyon doza peyvənd gətirilib.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O qeyd edib ki, peyvəndləmə işlərinin aparılması ilə koronavirusa yoluxma və bu səbəbdən ölüm hallarının azalacağına inanırıq.

Ötən il dünyada baş verən hadisələri dəyərləndirən Türkiyə prezidenti 2020-nin bütün insanlıq üçün çətin keçdiyini bildirib.

Qeyd edilib ki, dünənki statistika ilə birlikdə bütün dünyada COVID-19-dan ölənlərin sayı 1 milyon 819 min olub.

“İnanırıq ki, alınan tədbirlərin nəticəsi olaraq 2021 bu sahədə bir geriləmə ili olacaq. Hədəfimiz ölkəyə 50 milyon doza peyvəndin gətirilməsidir. Bununla yanaşı, Almaniyadan da bir o qədər peyvəndin gətirilməsi müzakirə olunur”, - Ərdoğan bildirib.