Qazaxıstanda koronavirusa daha 714 nəfər yoluxub


Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) daha 714 nəfər yoluxub.

Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 156 934 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan son sutkada 351 olmaqla 143958 nəfəri sağalıb.