ABŞ-da 4,2 milyondan çox insan COVID-19-a qarşı peyvəndin birinci dozasını alıb


ABŞ-da müvafiq tibb müəssisələrinə13 milyon 72 min dozaya yaxın vaksin göndərilib, 4 milyon 225 min 756 nəfərə tələb olunan iki dozadan biri vurulub.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ mətbuatı ölkənin xəstəliklərə və onların profilaktikasına nəzarət üzrə mərkəzlərinə (CDC) istinadla məlumat yayıb. Məlumata əsasən, vaksinasiya tənzimləyicinin təsdiqlədiyi “Pfizer” və “BioNTech” kompaniyalarının peyvəndləri ilə aparılır.

Pandemiyanın online statistikasını aparan Worldometer saytının bu gün saat 15:30 radələrinə olan məlumatına görə, ABŞ-da koronavirusa yoluxanların sayı 20 milyon 904 mini ötüb, 358 min 682 nəfər həyatını itirib.

ABŞ-da ötən sutka ərzində 193 min nəfər artaraq 19 milyon 111 minə, ölənlərin sayı isə 2 min 835 nəfər artaraq 337 min 66 nəfərə çatıb. Birləşmiş Ştatlar həm COVID-19 infeksiyasına yoluxma, həm də ölüm hallarının sayına görə dünyada ilk yerdə qərarlaşıb.

Xatırladaq ki, Birləşmiş Ştatların baş infeksionisti Entoni Fauçinin fikrincə, ölkədə kollektiv immunitetə nail olmaq üçün əhalinin 70-90 faizə qədəri vaksinasiya edilməlidir.