Sahillər turistlərə qaldı: Yanvar ayında dənizdə üzdülər


Türkiyənin Antaliyada şəhərində tamam başqa bir mənzərə var. Koronavirus səbəbilə həftə sonu küçəyə çıxma qadağası ancaq turistlərə işinə yarayıb. Onlar sahildə günəşli havanın dadını çıxarır, dənizdə üzürlər.

Turizmin paytaxtı olaraq xarakterizə edilən Antaliyada, qadağalar səbəbindən prospekt və meydanlar səssizliyə bürünüb. Sahillərdə məhdudlaşdırmadan azad edilən turistlər isə burada istirahətin kefini çıxarırlar. Şəhərin məşhur Konyaaltı və Lara sahillərində günəş vannası qəbul edən çoxlu sayda turist, zaman- zaman dənizə girərək əyləncəli zaman keçirir.

 Sahildə davamlı patrul xidməti aparan polis qrupları isə xarici vətəndaşların pasportlarını nəzarətdən keçirir.

Dənizdə istiliyinin 19 dərəcə olduğu Kaş mahalında, Kaputaş çimərliyində təxminən 200 xarici turist, günəşli havanı fürsət bilərək dənizə girib, günəş vannası qəbul edirlər.



Yanvarda dəniz kefindən qalmayan rus turistlərdən Lurii Pakhomov müxbirlərə verdiyi açıqlamasında Kaşa gəldiklərini söyləyib.

Kaputaş çimərliyinin bənzərsiz gözəlliyə sahib olduğunu ifadə edən Pakhomov, "Dəniz də çox gözəl, bu gözəlliyi qiymətləndirmək istədik və yanvarda dənizə girdik. Çox gözəl bir duyğudur" deyə bildirir. 

İngilis Vasily Gryazev də Kaşda ad gününü qeyd etmək üçün gəldiyini söyləyir:

"Türkiyədə yaxşı xidmət var. Qışda bura daha gözəldir. Yoldaşlarıma da tövsiyə edəcəyəm" .

Turan