Gürcüstanda 1 və 2 qəpiklər dövriyyədən götürülür


Gürcüstanda 1 və 2 qəpiklər dövriyyədən götürülür, qəpiklərin ödəniş vasitəsi kimi istifadə müddəti, 2020-ci ilin 31 dekabr tarixində başa çatıb.

24News.ge xəbər verir ki, bu barədə Milli Bank məlumat yayıb.

Məlumata görə, Gürcüstan Milli Bankı İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə əsasən, 1 yanvar 2019-cu il tarixindən etibarən bir tetri nağd ödəmə prinsipi yuvarlaqlaşdırma metoduna çevirilir.

Yuvarlaqlaşdırma metodu yalnız nağd ödənişə şamil edilib, nağdsız ödəniş isə yenə də bir tetri dəqiqliyi ilə mümkündür.

Milli Bank vətəndaşlara , 2021-ci il yanvarın 1-dən bir il ərzində 1 və 2 tetri qəpiklərinin Gürcüstanda və Gürcüstan Milli Bankında fəaliyyət göstərən kommersiya bankları vasitəsilə, 2022-ci il yanvarın 1-dən isə yalnız Gürcüstan Milli Bankı vasitəsi ilə ömürlük dəyişdirilə biləcəklərini bildirir.