Ermənistan Türk məhsullarına qadağa qoydu...


Ermənistan yanvarın birindən etibarən türk məhsullarına qadağa tətbiq edib.

24News.ge xəbər verir ki, bu barədə Ermənistan Dövlət Gəlir Komitəsi açıqlama verib.

Qeyd olunur ki, müvafiq qərar Ermənistan Hökuməti tərəfindən 20 oktyabr 2020-ci il tarixində verilib.

Dövlət Gəlirləri Komitəsindən verilən məlumata görə, qadağa 31 dekabrdan əvvəl gətirilən məhsullara şamil olunmur və 31 dekabr tarixinədək bütün müvafiq gömrük prosedurlarına sahib olacaqlar.

Xatırladaq ki, qadağa Gürcüstan da daxil olmaqla hər hansı bir ölkədən idxal edildiyi təqdirdə türk mənşəli bütün məhsullara şamil edilir.