Britaniyada koronavirusdan ölənlərin sayı 75 024 nəfərə çatıb


Böyük Britaniyada son sutka ərzində 54 990 nəfər koronavirusa yoluxub.

APA-nın Britaniya müxbirinin verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb. 

Qeyd edilib ki, hazırda koronavirusa yoluxanların ümumi sayı 2 654 779 nəfərə çatıb.

Son sutka ərzində 454 nəfər isə koronavirusdan həyatını itirib. Bununla da Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 75 024 nəfərə çatıb.