Məşhur aparıcı xəstəxanaya yerləşdirildi


Aparıcı Larri Kinqin qəflətən halı pisləşib və təcili xəstəxanaya aparılıb.

Axşam.az xarici KİV-nə istinadən bildirir ki, aparılan analizlərdən sonra onun virusa yoluxduğu məlum olub.

87 yaşlı aparıcı hazırda Los-Anceles xəstəxanasında müalicə alır.

Larrinin son zamanlar bir çox xroniki xəstəliklərlə mübarizə apardığı deyilir.

Qeyd edək ki, o, 60 illik karyerası boyunca bir çox tanınmış məşhur insanlarla reportajlar hazırlayıb. Kinq 1985-ci ildən CNN telekanalında aparıcılıq edir.