Dünyanın ən varlı insanlarının siyahısı açıqlanıb


2020-ci ildə dünyanın ən varlı insanlarının siyahısı açıqlanıb.
Axşam.az xarici KİV-nə istinadən bildirir ki, pandemiya olmasına baxmayaraq siyahıya daxil olan 500 milyonçu ötən il ərzində sərvətini 1.8 trilyondan 7.8 trilyon dollara qədər artıra bilib.

Onların arasında yer alan 5 zəngin insan texnologiya nəhənglərinin yaradıcıları və rəhbərləridir.

Həmin milyonçuların sərvəti 100 milyard dolları keçib.

“Amazon”un yaradıcısı Ceff Bezosun sərvəti 190 ,”SpaceX” və “Tesla”nın yaradıcısı İlon Maskın gəliri 170, “Microsoft”un qurucusu Bill Qeytsin isə sərvəti 132 milyad dollar təşkil edib.