ABŞ-da Respublikaçıların qərargahında partlayıcı qurğu aşkar edilib


ABŞ-ın Respublikaçılar Partiyasının Vaşinqtondakı qərargahında partlayıcı qurğu aşkar edilib.

APA-nın "The Independent"ə istinadən verdiyi xəbərə görə, partlayıcı qurğu zərərsizləşdirilib.

Məlumata görə, tapılan partlayıcı qurğu kustar üsulla hazırlanıb.