Argentinada 5,9 bal gücündə zəlzələ olub


Argentinanın şimalında 5,9 bal gücündə zəlzələ baş verib.

Trend-in Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri San-Salvador-de-Jujuy şəhərindən 144 kilometr qərbdə, ocağı isə 187 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.