Yaponiyada zəlzələdə xəsarət alanların sayı 150 nəfərə çatıb


Şənbə günü Yaponiyada 7,3 bal gücündə baş verən zəlzələdə xəsarət alanların sayı 150 nəfərə çatıb.

APA bildirir ki, bu barədə Kiodo agentliyi məlumat yayıb.

Xəsarət alanlarla bağlı 9 vilayətdən məlumat toplanıb.

Ölənlər barədə hələ məlumat verilməyib.