Afrində partlayış: 1 nəfər ölüb, 4 nəfər yaralanıb

Suriyanın Afrin bölgəsində partlayış baş verib.

Axar.az xəbər verir ki, “Zeytun budağı” hərəkatı bölgəsində yerləşən Cinderes rayonunda bomba yerləşdirilmiş avtomobil partladılıb.

Partlayış nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

Qeyd edək ki, Cinderes rayonu 2018-ci ilin martın 8-də YPG terror təşkilatından azad edilmişdi.