ABŞ hərbçiləri Ukrayna tankını sürür

Ukrayna T-84 əsas döyüş tankını təlim üçün ABŞ hərbçilərinə verib.

Axar.az xəbər verir ki, bu barədə "Neşnl İnterest" nəşri yazıb.

Nəşrin məlumatına görə, Ukrayna hərbi texnikası Arizona ştatındakı Yuma poliqonunda görüntülənib:

“Digər ölkələrin istehsalı olan hərbi texnikalar ABŞ əsgərlərinə təlim keçmək məqsədilə Yuma poliqonuna gətirilir. Ukraynalı hərbçilər amerikalı tankçılar bu platforma ilə tanış ola bilsinlər deyə, öz T-84-lərini ABŞ-a verib”.