Cənubi Kiprdə xalq  küçələrə axışdı

Cənubi Kiprdə minlərlə insan etiraz aksiyasına başlayıb.

Axar.az xəbər verir ki, aksiya iştirakçıları hökumətin COVİD-19-a qarşı aparılan tədbirlərin düzgün idarə olunmamasına etiraz ediblər.

Etirazçılar eyni zamanda, ölkənin bölünməsinə, avtoritarizmə, korrupsiyaya və polis zorakılığına qarşı “Buraya qədər” şüarlarını da səsləndiriblər.