ABŞ-da atışma olub, ölənlər var


ABŞ-ın Luiziana ştatında atışma olub.

"Report" xəbər verir ki, bu barədə "Foxnews" telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə Yeni Orlean şəhərində qeydə alınıb. Atışma zamanı bir neçə nəfər həlak olub.

Telekanal bildirib ki, hadisə silah mağazasında baş verib. Əraziyə polis əməkdaşları gəlib.

Atışma zamanı ölənlərin sayı açıqlanmır.