Türkiyəyə daxil olmağa çalışan 16 terrorçu saxlanılıb

Suriyadan Türkiyəyə daxil olmağa çalışan 16 terrorçu saxlanılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Hatayın Reyhanlı ve Narlıca sərhədlərindən Türkiyəyə daxil olmağa çalışan 16 terrorçudan 2-nin HTŞ (Heyet Tahrir el-Şam) 2-nin isə İŞİD (İraq və Şam İslam Dövləti) terror təşkilatlarına üzv olduğu müəyyən edilib.