Tbilisidə polislə vətəndaş fəalları arasında qarşıdurma yaşandı

Paytaxt Tbilisidə parlament binası önündə hüquq-mühafizə orqanları ilə vətəndaş fəalları arasında fiziki qarşıdurma yaşanıb.

Sherg.az "24News.ge"-yə istinadən xəbər verir ki, hadisə zamanı bir neçə nəfərin polis tərəfindən saxlanıldığı bildirilir.

Məlumata əsasən, etirazçılar parlamentin önündə çadır qurmaq istəyiblər polis isə onların bu isdəyinə qarşı çıxıb. Nəticədə hüquq-mühafizə orqanları ilə vətəndaş fəalları arasında fiziki qarşıdurma yaşanıb.

Hazırda hadisə yerində vəziyyət gərgin olaraq qalır, əraziyə çox sayda polis cəlb olunaraq təhlükəsizlik tədbirləri gücləndirilib.

Xatırladaq ki, etirazçılar növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edirlər.