Əkiz şəhidlərin məzar daşlarını dağıdıblar: Atanın dünyası başına yıxıldı


Adanada, FETÖ-ün 15 iyul çevriliş cəhdi zamanı şəhid olan polis məmurlar - əkizlər Əhməd və Məmməd Orucun qəbirlərinin də arasında olduğu 79 məzarın baş daşlarına zərər veriblər. Əkiz polislərin məzarları, hələki şəxsiyyəti məlum olmayan adamlar tərəfindən hücuma məruz qalıb.





Sherg.az türk mediasına istinadən xəbər verir ki, oğullarının məzar daşlarını bu vəziyyətdə görən ağrılı ata Hacı Əli Oruc, "Vətəni, bayrağı üçün canlarını fəda edən şəhidlərim Əhmədim, Məmmədimi rahat buraxmır xainlər. Nə etdi mənim uşaqlarım sizə?" deyərək gözyaşı töküb.

Polislərin hadisə yerinə baxışı zamanı şəxsiyyəti məlum olmayan kəslər tərəfindən, şəhidlikdəki Türk bayraqlarının sökülüb yerə atıldığı və qəbiristanlıqdakı 80-ə yaxın məzar daşının dağıdıldığı məlum olub.



Xəbəri alar-almaz qəbirstanlığa qaçan şəhidlərin atası Hacı Əli Oruc, məzar daşlarını belə vəziyyətdə görüncə dünyası başına yıxılıb. Gözyaşlarına boğulan ata  cib telefonuyla  Adana Qubernatoru Süleyman Elbanı arayaraq, Şəhidliyə dərhal təhlükəsizlik kamerası qoyulmasını istəyib.

Ağrılı ata Oruc, "Vətəni, bayrağı üçün canlarını fəda edən şəhidlərim Əhmədim, Məmmədimi rahat buraxmır xainlər. Mən onları Allaha həvalə edirəm. Biz vətəni üçün canını sevə - sevə verməyə hazır olan insanlarıq. Bu hala baxın. Belə vəhşilik olarmı? Nə etdi mənim uşaqlarım sizə?" deyərək ah-nalə çəkib.

Hadisə yerinə sövq edilən çox sayda polis qrupu, şübhəlilərimüəyyənləçdirmək üçün işə başlayıb.

Turan