Tbilisidə mitinq zamanı 8 nəfər saxlanılıb

Gürcüstan parlamenti qarşısında keçirilən mitinq zamanı 8 nəfər saxlanılıb.

Sherg.az "24News.ge"yə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına əsasən, 8 nəfərin hamısı İnzibati Məcəllənin qanuni əmrinə və ya bir icra məmurunun tələbinə tabe olmadığı üçün, 173-cü maddəyə əsasən saxlanılıblar.

Nazirlik qeyd edir ki, patrul polis əməkdaşları etirazçı kütləyə dəfələrlə çadır qurmaq üçün alternativ bir yer təklif etsələr də, onlar parlamentin qarşısında quracaqlarını israr ediblər.

Məlumat üçün qeyd edək ki, bir neçə aydır qanunverici orqanın arxa girişində çadırlar quran fəallar, ötən gün və bu gün həmin çadırları parlamentin önünə daşımaq istəyiblər, polis isə onların bu isdəyinə qarşı çıxıb. Nəticədə hüquq-mühafizə orqanları ilə vətəndaş fəalları arasında fiziki qarşıdurma yaşanıb.

Xatırladaq ki, etirazçılar növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edirlər. Polis ötən gün 20 nəfər saxlasa da onların hamısı sərbəst buraxılıb