Ərdoğan Ruhani ilə telefonla danışıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran İslam Respublikasının lideri Həsən Ruhani ilə telefonla danışıb.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Liderlər danışıqlar zamanı ikitərəfli əlaqələr, o cümlədən iqtisadi, təhlükəsizlik və disgər sahələrdə əməkdaşlıq və regional məsələləri müzakirə ediblər.