Ağ Evin “Youtube” hesabının şərh bölümü bağlanıb


Ağ Evin “Youtube” kanalındakı hesabında şərh bölümü deaktiv edilib.

APA TASS-a istinadən xəbər verir ki, istifadəçilərin Ağ Evin yerləşdirdiyi məlumatlara münasibət bildirmək imkanlarını itiriblər.

Bu qərarı tərəflərdən kimin verdiyi açıqlanmayıb. Ağ Ev öz növbəsində yaranmış vəziyyətlə bağlı münasibət bildirməyib.