İlon Maskın varidatı bir sutka ərzində 15,2 milyard dollar azalıb


“Tesla” və “SpaceX” kompaniyalarının rəhbəri İlon Maskın varidatı fevralın 22-də “Tesla” səhmlərinin ucuzlaşması səbəbindən 15 milyard dollardan çox azalıb.

AZƏRTAC Bloomberg agentliyinə istinadla xəbər verir ki, İlon Mask hazırda agentliyin tərtib etdiyi dünyanın ən varlı insanları reytinqində ikinci pilləni tutur. Onun varidatı 183 milyard dollar həcmində qiymətləndirilir. Bazar ertəsi günü keçirilən hərracda “Tesla” aksiyalarının 8,6 faiz ucuzlaşması nəticəsində İlon Mask 15,2 milyard dollar itirib.

Hazırda milyarderlər reytinqinin ilk pilləsində sərvəti 186 milyard dollar həcmində qiymətləndirilən “Amazon” korporasiyasının banisi Ceff Bezos qərarlaşıb. Ötən sutka ərzində onun varidatı 3,73 milyard dollar azalıb.