Bitlisin Tatvan bölgəsində qəzaya uğrayan hərbi helikopterdə şəhid olan uzman çavuş Tolqa Dəmirçinin cənazəsi Ankarada keçirilən rəsmi mərasimdən sonra doğulduğu Kayseriyə gətirilib və burada o, son mənzilə yol salınıb.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, şəhid Dəmirçinin “şəhid olsam, məni atamın yanında dəfn edin” vəsiyəti yerinə yetirilib və o, atasının məzarı yanında dəfn edilib. Şəhidin atası Nazir Dəmirçi 30 il əvvəl qarlı bir havada qonşu kənddən yaşadığı Uzunpınar kəndinə piyada qayıdarkən yolu azıb donaraq ölüb. Həyat yoldaşının faciəli ölümündən sonra Tolqanın anası Aynur Aybirdi övladları ilə birlikdə İzmirə köçüb. Şəhid Tolqa Dəmirçi də atasının uyuduğu Uzunpınar kənd məzarlığında atasının məzarı yanında dəfn olunmağı vəziyyət edibmiş.