Şvartseneggerin oğlu: “Atam evdə də özünü terminator kimi aparır"

Hollivud ulduzu Arnold Şvartseneggerin oğlu Patrik atası haqqında maraqlı açıqlama verib.
Axşam.az xarici KİV-ə istinadən bildirir ki, o, qatıldığı proqramlardan birində Arnoldun 1980-ci illərdə çəkildiyi “Terminator” filminin təsirindən hələ də çıxa bilmədiyini etiraf edib:

“Atam evdə də özünü terminator kimi aparır. Ümumiyyətlə çəkildiyi məşhur filmlərin təsirindən çıxa bilmir. Gündəlik həyatımızda belə ondan filmlərdə işlətdiyi cümlələri eşidirik. Bu normal hal olmasada olsa da, özünü daim çəkiliş meydanında hiss edir”.