Əfqanıstanda partlayış zamanı bir neçə polis əməkdaşı həlak olub


Əfqanıstanın qərbindəki Herat əyalətində minalanmış avtomobilin partladılması nəticəsində üç polis əməkdaşı həlak olub.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə əyalətin qubernatoru Sayed Vahid Katali bildirib.

Onun sözlərinə görə, "Taliban" hərəkatının silahlıları həmçinin Zinda-Canın rayonunda da polis bölməsinə hücüm ediblər.

"Bir gün əvvəl axşamı döyüşçülər Çişti, Obe, Gülran, rayonlarına silahlı hücum etdilər", - qubernator bildirib.

Qeyd edək ki, Əfqanıstanda sülhün qurulması məqsədi ilə aprelin 24-dən mayın 4-dək İstanbulda sülh konfransının keçirilməsi planlaşdırılır.