Köçəryanın tərəfdarları İrəvanda aksiya keçirir

Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın tərəfdarları İrəvanın Azadlıq meydanında etiraz aksiyası keçirməyə başlayıb.

Axar.az xəbər verir ki, aksiya çərçivəsində etirazçılar Paşinyan hökumətinə qarşı tənqidi şüarlar səsləndirirlər.

Qeyd edək ki, daha öncə Köçəryan, Daşnaksütyun Partiyasının rəhbəri İşxan Saqatelyan və Yenidəndoğulan Ermənistan Partiyasının rəhbəri Vaqe Akopyan növbədənkənar parlament seçkilərində birgə iştirakla bağlı memorandum imzalayıblar.