Rusiyanın Omsk vilayətinin səhiyyə naziri itkin düşüb

Rusiyanın Omsk vilayətinin səhiyyə naziri Aleksandr Muraxovski itkin düşüb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya Daxili İşlər Nazirliyinin Omsk vilayəti üzrə İdarəsi A. Muraxovskinin kvadrosikllə mayın 7-də ovçuluq bazasından meşə massivinə getdiyini, indiyə qədər harada olduğunun müəyyənləşmədiyini açıqlayıb.

Hazırda axtarış-xilasetmə əməliyyatı aparılır.