Nigeriyada gəmi qəzası: 28 nəfər öldü

Nigeriyanın Şiroko çayında gəminin çevrilməsi zamanı azı 28 nəfər həlak olub.

Axar.az xəbər verir ki, bu barədə Nigeriya mediası məlumat yayıb.

Bildirilib ki, göyərtəsində 100 sərnişinin olduğu gəmi limana 50 metr qalmış qəzaya uğrayıb. Hadisə zamanı 65 sərnişin xilas edilib, daha 7 nəfər itkin düşmüş hesab edilir.

Qəzanın hansı səbəbdən baş verdiyi araşdırılır.