Rusiyada məktəbdə silahlı insident zamanı ölənlərin sayı 13-ə çatıb - YENİLƏNİB


Kazan şəhərinə orta məktəbdə baş vermiş silahlı insident zamanı ölənlərin sayı artıb.

APA-nın Rusiya bürosunun məlumatına görə, hadisə nəticəsində ölənlərin sayı 13-ə çatıb.

Ermənistanda son sutkada koronavirusa 547 yoluxma qeydə alınıb, 19 nəfər ölüb
Ermənistanda COVID-19-a yoluxanların sayı 219 mini ötüb
Avropa Parlamenti Rusiya ilə bağlı kəskin qətnamə qəbul edib
***

saat 11:48

Rusiyanın Tatarıstan Respublikasının Kazan şəhərinə orta məktəbdə silahlı insident baş verib.

APA-nın Rusiya bürosunun məlumatına görə, hadisə nəticəsində 1 müəllim və 8 şagird ölüb.

Dörd nəfərin yaralandığı bildirilib.

İlkin məlumatlara görə, naməlum şəxslər təhsil müəssisəsində atəş açıblar. Məktəbdə partlayış da baş verib.

Hazırda məktəbdən şagirdlərin təxliyəsi həyata keçirilir.