Ərdoğanın ukraynalı yeznəsi - "Bizim qızı necə ələ aldın?”

Türkiyə cümhurbaşkanı Rəcəb Tayyib Ərdoğanın ukraynalı yeznə ilə sosial şəbəkələrdə yayılmış söhbəti rekord sayda izlənib. “Sherg.az” Türkiyə mediasına istinadən xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğan Vəhdəddin köşkündəki iş saatının fasiləsində Bəylərbəyidə  bir dondurmaçının qonağı olub. Masada əyləşərək dondurma yeyib.

Həmin vaxt orada olan vətəndaşları da dondurmaya qonaq edib və onlarla səmimi şəkildə söhbət edib. Yaxınlıqdakı masada əyləşmiş cütlüklə hal-əhval tutarkən cavan oğlanın “mən ukraynalıyam”, cavabı  Ərdoğanın marağına səbəb olub və o, söhbəti zarafatla davam etdirib.

Ərdoğanın “bizim qızı nasıl qandırdın?” sualına gəncın “o məni qandırdı” cavabı ətrafdakı hər kəsi güldürüb.  Ukraynalı gənc “mən türkcə çox gözəl danışıram, başkan bəy. Ukraynadan gələn qonaqlarımız var”, deyib. Ərdoğan da “nə zaman Türkiyəyə gəliblər? Bilirsiz, Urayna ilə münasibətlərimiz çox yaxşıdır”, deyib. Prezidenti yola salan dondurmaçı Yasin Vardar Ərdoğandan razılıq edib: “çox mehriban, nəzakətlidir. Çoxdandır, arzu edirdik ki, baradan keçəndə bizə də qonaq olsun. Gəldi, dondurmamızdan yedi, çox bəyəndi. Qız cocuqlarına  hədiyyələr verdi. Buradakı bütün vətəndaşlara dondurma ikram etdi. Bizi şərəfləndirdi”, söyləyib.