Bu barədə “Reuters” xəbər verir.
Məlumata görə, super qəhrəman kostyumunda olan 27 yaşlı italyan Mattia Villardita xeyriyyə işləri ilə, xüsusən də personajının geyimində uşaq xəstəxanalarını ziyarəti ilə məşhurdur.
Papa Fransisk “Hörümçək-adam”a ziyarətinə görə təşəkkürünü bildirib və onu mərasimdə iştirak edən uşaqlarla da ünsiyyətə dəvət edib.
Villardita da öz növbəsində pontifikə minnətdarlığını bildirib və ona personajının maskasını hədiyyə edib.