Gördüyü yuxu gənci zəngin etdi

ABŞ-ın Kanzas ştatında Silver Lake şəhərinin sakini gördüyü yuxu sayəsində zənginləşib.

Sherg.az oxu.az-a istinadən xəbər verir ki,  bu barədə UPI xəbər agentliyi məlumat verib.

Bildirilir ki, Meyson Krentz yuxuda 25 min dollar (42 500 manat) qazandığını görüb. İki gün sonra o  lotereya bileti alıb və yuxuda gördüyündən üç dəfə çox - 75 min dollar (127 500 manat) mükafat qazanıb.

"Böyük məbləğ qazanacağımı düşünmürdüm, çünki yalnız bir nömrə uyğun gəldi, amma sonra mükafatımın 75 min dollar olduğu ortaya çıxdı", - deyə o bildirib.

Krentz pul ilə həyat yoldaşına avtomobil və torpaq sahəsi almağı planlaşdırıb. Qalan pulu isə Pay Fonduna yatırmağı düşünür.

"Əgər ev tikməyə qərar versək, pula ehtiyacımız olacaq", - deyə o bildirib.