683,85 milyard dollarla “Amazon”  liderliyini qoruyur

“Kantar” agentliyi dünyada ən bahalı brendlərin növbəti reytinq cədvəlini dərc edib. Sherg.az xarici mətbuata istiadən xəbər verir ki, dəyəri 683,85 milyard dollar məbləğində qiymətləndirilmiş “Amazon” şirkəti öz liderliyini qoruyub.

Dəyəri 612 milyard dollar olan “Apple” brendi ikinci mövqedə qərarlaşıb. 458 milyard dollar dəyərə malik “Google” şirkəti üçüncü yeri tutub, “Microsoft” isə dördüncü olub.