Adada qalıb yaşayanlara  hökumət 50 min sterlinq verəcək

Şotlandiya ölkədə əhalinin azalmasının qarşısını almaq üçüm mühüm plan həyata keçirməyə qərar verib.

Sherg.az xarici mətbuata istinadən xəbər verir ki, planının bir hissəsi olaraq Şotlandiya önümüzdəki 5 il ərzində Hebrid bölgəsindəki adalarda məskunlaşacaq gənc ailələri axtarır.


Son 10 ildə köç səbəbindən əhalisi azalan adada məskunlaşacaq insanlara hökumət  50 min sterlinq verəcək.

Bu pulla insanların adada ev alacağı və ayrıca iş quracağı bildirilib. Bu qərarla da Şotlandiya 93 adada yaşayan insanların böyük şəhərlərə getməsinin qarşısı almağı planlaşdırır.