Əfqanıstan prezidenti istefaya razılıq verib

Əfqanıstan prezidenti Əşrəf Qani vəzifəsindən istefa verməyə razılıq verib.

Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.

Öz növbəsində Tacikistanın “Asia Plyus” media holdinqi də Əşrəf Qaninin bu ölkəyə gəlişi barədə məlumat yayıb. Qeyd edilir ki, dövlət başçısı administrasiya rəhbəri və milli təhlükəsizlik üzrə müşaviri ilə birlikdə Tacikistana gəlib. Lakin bu informasiya hələ rəsmən təsdiqlənməyib.