Nitq qüsuru olan uşaqlarda müsbət nəticə əldə olunub


“Regional inkişaf üzrə maarifləndirmə” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla iş layihəsinin icrasını yekunlaşdırıb.  

Layihənin icrası  dövründə xüsusi qayğıya ehtiyacı olan 20 uşağa intensiv reabilitasiya məşğələləri və onların valideynləri üçün psixoloji və sosial-hüquqi reabilitasiya xidməti təşkil olunub.

Reabilitasiya məşğələləri nəticəsində reabilitasiyaya cəlb olunan uşaqlarda bir sıra müsbət dəyişikliklər baş verib. Belə ki,  onların davranış vərdişləri və bacarıqlarında olan inkişaf  hiss edilib, qrup və ətrafdakı olan insanlara uyğunlaşmaq prosesi artıb, ictimai qaydalara riayət etmək bacarığı və vərdişləri  yaranıb. Bir çox nitq qüsuru olan uşaqlarda da müsbət nəticə əldə olunub. Mərkəzin fəaliyyətindən bəhrələnən uşaqlardan autizm, daun sindromu, əqli gerilik və nitq qüsurular çoxluq təşkil edib.