Azərbaycanda deputatlığa namizəd adam bıçaqladı

Azərbaycanda deputatlığa namizəd münaqişə etdiyi şəxsə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinir.
Sherg.az Report-a istinadla xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsi, Cabir Novruz küçəsində qeydə alınıb.

Sumqayıt şəhər sakini, 1989-cu il təvəllüdlü Taleh Sakit oğlu Məmmədov münaqişə zəminində 1974-cu il təvəllüdlü Nazir Ağacavad oğlu Cavadova bıçaqla xəsarət yetirib.

Yaralı dərhal Sumqayıt şəhər Təcili Tibbi yardım xəstəxanasına çatdırılıb.

Qeyd olunur ki, T.Məmmədov 46 saylı Sumqayıt beşinci seçki dairəsindən deputatlığa namizəddir.