Putin özbəkistanlı həmkarı ilə Əfqanıstandakı vəziyyəti müzakirə edib

Rusiya Prezidenti Vladimir Putin özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə Əfqanıstandakı vəziyyəti müzakirə edib.

"Report"un TASS-a istinadən məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti xəbər yayıb.

Xəbərdə deyilir: "Əfqanıstanda hadisələrin inkişafı barədə müzakirələr aparılıb. Hər iki ölkənin dövlət və hökumət qurumlarının bu istiqamətdə qarşılıqlı fəaliyyətinin artırılması qərara alınıb".

Bununla yanaşı, Rusiyanın Əfqanıstandakı Səfirliyi bəyan edib ki, rəsmi Moskva keçid hökuməti ilə əməkdaşlığa hazırdır.