Əfqanıstan Prezidenti Kabildən Tacikistana uçub 

Əfqanıstan Prezidenti Əşrəf Qani Kabuldan Tacikistana uçub, oradan üçüncü ölkəyə gedəcək.

APA bildirir ki, bu barədə “RİA Novosti” mənbəyə istinadən məlumat verib.

Mənbə bildirib ki, prezidentlə yanaşı milli təhlükəsizlik müşaviri Həmdullah Mohib də paytaxtı tərk edib.