KİV: "Taliban" Kabildəki prezident sarayına daxil olub 


"Taliban" radikal hərəkatının yaraqlıları Əfqanıstanın paytaxtı Kabildə prezident sarayına girib.

APA bildirir ki, bu barədə “Əl-Ərəbiyyə” telekanalı Əfqanıstan mətbuatına istinadən xəbər verir.

Eyni zamanda hərəkatının sözçüsü Zabiullah Mücahid "Tolo News" telekanalının efirində bildirib ki, "Taliban" Kabilə daxil olmaq üçün müraciət alıb, şəhərdəki təhlükəsizlik vəziyyətini nəzarət altında saxlayacaqlar.