Gürcüstanda koronavirusa yoluxanların sayı 484 mini keçib

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 2 676 yoluxma halı qeydə alınıb, 30 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında qeyd olunub.


Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 484 254, ölənlərin sayı isə 6 436 nəfərə çatıb. Virusa yoluxanlardan 425 651 nəfərin sağaldığı bildirilir.