Zelenski: “Krımda şampan içmək istəyirəm”

Ukrayna Prezidenti Vladimir Zelenski Krımın azad edilməsindən sonra yarımadada şampan içmək istədiyini deyib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, Zelenski Krımda xeyli sevimli məkanının olduğunu bildirib.

“Mənim orada çoxlu sevimli məkanlarım var. Qara dəniz sahillərinə getmək istəyirəm. Çox istəyirəm. Krımda 1 qədəh “Novıy Svet” şampanı içmək istəyirəm”, - o qeyd edib.

Qeyd edək ki, bir müddət öncə Vladimir Zelenski Krımın rəsmi Kiyevin nəzarətinə qayıtması üçün Ukraynanın hər şeyi etdiyini bildirmişdi.